"Report"un məlumatına görə, ilk baxışdan bu adi hal kimi görünsə də, futbolçunun danışdığı telefonun qiymətinin təqribən 10 min dollar olması maraq doğurub.
Görüntülər AVRO-2016-nın B qrupunda sonuncu yeri tutan Rusiya yığmasının vətənə qayıdarkən hava limanında qeydə alınıb.
Futbolçunun istifadə etdiyi 2008-ci il model "Vertu Signature S" telefonu sadə dizayna malikdir və sensor və kamera xidmətləri yoxdur.