"Dəfələrlə eşitmişəm ki, həmkarlarım çörəyimə bais olublar. Kimsə mənim xına dekorasiyamla maraqlananda, deyiblər ki, "O, Bakıda yoxdur" və ya "Çox bahaçıldır". Amma kiməsə pislik etməklə deyil, ruzini verən Allahdır".
Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Xuraman Şuşalı deyib.
"Allah ruzini yetirirsə, kim yolumu bağlaya bilər? Hər kəsin öz bacarığı var. Heç kim mənim dekorumu edib, mahnımı oxuya bilməz. Dəfələrlə işim olanda, xına deyiblər, yönləndirmişəm başqa həmkarıma", - deyə ifaçı söyləyib.
X.Şuşalı rəqqasə Fatimə Fətəliyeva ilə küsülü olmalarıyla bağlı yayılan xəbərlərə də münasibət bildirib:
"Sənət aləmində daim danışdığım, hər gün hal-əhval tutduğum dostlarım Natavan Həbibi, Elnarə Xəlilova, Səidə Sultandır. Başqa hamıyla sadəcə salam-sağolum var. Fatimə ilə küsülü deyilik. Mənim onunla nə işim var? Bizim xına mərasimləri üçün olan dekorlarımız da fərqlidir.
Ümumiyyətlə, şou-biznesdəki küsülülüklərə yaxşı baxmıram. Qalmaqal edənin, küsülü qalanın psixoloji problemləri var. Gözəl yaşa, gəz, çalış, söz-söhbətə niyə baş qoşursan? Kin saxlamaqla özünü niyə bədbəxt edirsən ki? Bunları düşünüb, özümü qalmaqaldan uzaq tuturam".
Digər maqazin və maraqlı xəbərləri Milli.Az Şou Facebook səhifəmizdən izləyin.
Milli.Az