Prezident İlham Əliyev Ə.Q.Baxşıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Əlövsət Qəzənfər oğlu Baxşıyev "Şöhrət" ordeni ilə təltif edilsin".
Milli.Az