Polis uniformasında bir qrup insan Gümrüdə siyasi dustaq Şanta Artünyanın 17 yaşlı oğlunu Şaqeni oğurlayaraq polis avtomobilində saxlayır.
Trend-in epress.am saytına istinadən verdiyi xəbərə görə, bu barədə Facebook səhifəsində Gümrü Ağsaqqallar Şurasının üzvü Levon Barseqyan yazıb.
"Mən Şaqen ilə telefonla danışdım. O bildirib ki, Gümrü mərkəzi meydanı yaxınlığında bir qrup insan onu qaçırıb və naməlum istiqamətə aparır", - deyə Levon Barseqyan bildiridi.
İrəvan Ağsaqqallar Şurasının üzvü, "İrs" partiyasının təmsilçisi David Sanasaryan sosial şəbəkəsində hadisəyə münasibət bildirib: "Şaqen Roma Papasına bildirmək istəyirdi ki, Ermənistanda təqribən 20 siyasi məhbus var. Bu cür davranış insan hüquqlarının kobud şəkildə pozulmasıdır".
Milli.Az