Qazaxıstanlı müğənni Qarabağda mahnı oxumaq istəyir (FOTO)

Qazaxıstanlı müğənni Qarabağda mahnı oxumaq istəyir (FOTO)
20:01 3 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan əsilli Qazaxıstan müğənnisi Neyla Quliyeva Dağlıq Qarabağda mahnı oxumağı arzu edir.

ANS PRESS-in məlumatına görə, bu barədə müğənni vesti.az-a müsahibəsində deyib.

Gələcək planlarından danışan Neyla Quliyeva deyib ki, ən böyük arzularından biri Qarabağda mahnı ifa etməkdir.

"Siyasətlə maraqlanmıram. Ancaq açıq-aydın görünür ki, mənim Vətənim böyük haqsızlığa qarşı dözür. Torpaqların 20%-i işğal edilib. Lakin dünya ictimaiyyəti bu problemin həlli üçün heç bir addım atmır. Ümid edirəm ki, yeni mahnılarım Azərbaycan üçün mənəvi dəstək olacaq", deyə N.Quliyeva bildirib.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR