İntihar edən nazir haqda şok iddia!

İntihar edən nazir haqda şok iddia!
20:22 3 Yanvar 2015
153 Dünya
Ölkə mətbuatı
A- A+

Deputat: "Məzuniyyətdən qayıdandan sonra o, həbs ediləcəkdi"
Rusiyada özünü güllələyən nazirlə bağlı şok açıqlama verilib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, belə bir açıqlamanı Rusiya Dövlət Dumasının üzvü Aleksandr Xinşteyn verib.

O, bildirib ki, Mari El Respublikasının daxili işlər naziri, general-mayor Vyaçeslav Buçnev məzuniyyətdən qayıtdıqdan sonra işdən çıxarılacaqdı.

Aleksandr Xinşteynin sözlərinə görə, nazirlə bağlı cinayət işi açıqlacaqdı: "O, vəzifəsindən sui-istifadədə təqsirli bilinəcəkdi və həbs olunacaqdı".

Qeyd edək ki, bu gün Rusiyanın Mari El Respublikasının daxili işlər naziri Vyaçeslav Buçnev iş otağında özünü güllələyərək intihar edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR