"Türkiyə və Rusiya arasında əlaqələrin normallaşdırılması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə müsbət təsir edəcək".

Milli.Az bildirir ki, bunu Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya Dağlıq Qarabağ məsələsində yanaşmalarını razılaşdırmalıdırlar: "Rusiyanın yanaşması Azərbaycan üçün faydalıdır. Rusiya yüksək səviyyədə görüş təşkil etməklə danışıqlar prosesini aktivləşdirib. Bu istiqamətdə müsbət nəticələr gözləyirik".

E.Ələsgərov qeyd edib ki, Türkiyə-Rusiya əlaqələrində gərginlik erməni təbliğatının xeyrinə olub.

Ekspert əlavə edib ki, iki ölkənin yaxınlaşması iqtisadi baxımdan müsbət addımdır: "Bu, Azərbaycanın iştirak etdiyi və maraqlı olduğu enerji layihələrinə müsbət təsir göstərəcək".

Milli.Az