“ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının qonağı müğənni Lətifə Soyuöz olub.
Axşam.az –ın məlumatına görə, sənətçi müğənni Əhməd Mustafayevi “Hit parad”ın onuncusu hesab edib:
“Özbəkistanın xalq artisti ilə duet şəklində oxumasına baxmayaraq, yaxşı alınmayıb. Əhməd onu tək ifa etsəydi, daha uğurlu alınardı.
Ceyhun Əliyev doqquzuncu olsun. Mahnını Aygün Kazımovaya həsr edib, amma yaxşı oxumayıb.
Səkkizinci yerdə Sevda Ələkbərzadənin “Sən və rəqs” mahnısını görürəm. O qədər də bəyənmədim, hit deyil”.
L.Soyuöz Miri Yusifin duet ortağı Matuyanı tənqid edib:
“Bu mahnını yeddinci yerdə görürəm və onu bəyənmədim. Dicey işi uğursuz alınıb, onunla daha çalışmasın.
Nadir Qafarzadənin “Özümü asardım” mahnısını bəyənmədim. Ona bunu yaraşdırmıram, daha pozitiv mahnılar oxuyurdu. Onu altıncı görürəm.
Hər zaman beşə layiq çalışan Brilliant Dadaşovadır. Onun əvvəlki illəri üçün darıxdım, yeni albom çıxarsın".
Müğənni dördüncü yerə Rəqsanə İsmayılovanı layiq görüb, Natavan Həbibiyə irad tutub:
“Dördüncü Rəqsanə xanım olsun. Bir dəfə tədbirdə “Hədəf” oxuyurdum, arxada dayanan, əlində telefon olan Natavan Həbibi başladı gülməyə. Xanım gülmə krizinə girmişdi. Çox təəccübləndim, onun “ha-ha-hi-hi” etməsi mənə həmkar kimi toxundu.
Həftənin üçüncüsü xalq artistimiz Zülfiyyə Xanbabayevanı görürəm.
Həftənin ikincisi Murad Arifin yay ab-havasına uyğun olan “Dondurma”sı olsun. Buna görə də ondan rüşvət istəyirəm, mənə mahnı yazsın”.
L.Soyuöz həftənin birincisi Rəhim Rəhimlini edib.
İfaçı Elnarə Xəlilovanı siyahıdan uzaqlaşdırıb və onu tənqid edib:
“Bu mahnı mənə çatmadı. Elnarəyə uyğun bəstə deyil. Buradan onu çıxarıram. Elnarənin möhtəşəm dönəmi var idi, artıq yoxdur. Bu sözü ilk deyən insan deyiləm".
Natavanı tənqid etdi, Miri Yusifi bəyənmədi - video
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Banu"nun Güneli illər sonra göründü - FOTO
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İlham Əliyevin Şeyxa Əl Nuveysi ilə görüşündən görüntülər - VİDEO
Bu gün
·
19:35
“Real"ın “El-Klasiko” sonrası Arda ilə bağlı paylaşımı gündəm oldu
Bu gün
·
19:05
İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi
Bu gün
·
19:03
Baş nazir qərar imzaladı
Bu gün
·
18:09
Siyahıyaalma qrupunun işçilərinin maaşları təsdiqləndi
Bu gün
·
18:04
Azərbaycanda əmlak sığortası bazarı böyüyüb
Bu gün
·
17:31
Keçmiş icra başçısı əməliyyatdan sonra vəfat etdi
Bu gün
·
17:08
Ərdoğanın rəqibləri sıradan çıxır
Bu gün
·
16:50
Hikmət Hacıyev sülh sazişindən danışdı
Bu gün
·
16:44
Qeyri-həyat sığortası üzrə ödənişlər artıb
Bu gün
·
16:42
İqrar Cəbiyev vəzifəsindən azad olundu - FOTO
Bu gün
·
16:25
Azərbaycanla bağlı danışdı, vəzifədən getdi - Oktay Saral kimdir?
Bu gün
·
16:22
Arxeoloqları heyrətləndirən tapıntı: 4 min il əvvəldən qalıb - FOTO
Bu gün
·
16:21
5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi
Bu gün
·
16:10
Azərbaycanın tomat ixracından gəliri artıb
Bu gün
·
16:07