Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror hadisəsi zamanı ölən və yaralananlar barəsində ən son son məlumatlar açıqlanıb. "Report"un məlumatına görə, bu haqda "Anadolu" agentliyi xəbər yayıb.
Agentliyin məlumatına görə, Atatürk Hava limanında baş vermiş terror hadisəsi zamanı yaralananların sayı 60 nəfərə çatıb. Xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağırdır.
Yaralananlar partlayışdan sonra əraziyə cəlb edilmiş təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu qeyd edib. Onun sözlərinə görə, terror aktını 3 kamikadze törədib.