"Nəhayət ki, vədimizə əməl etdik, arzumuzu gerçəkləşdirik. Ölkədə bu fəthə nail olmuş ilk insanlarıq".
Hindistan vətəndaşı, polis zabiti olan Dineş Ratod bu barədə Facebook-dak profilində yazmışdı. O, arvadı Tarakeşvari ilə birlikdə dünyanın ən hündür dağı olan Everestin zirvəsini fəth etdikləri yazmışdı. Üstəlik, Dineş Ratod arvadı ilə birlikdə 8850 metr yüksəklikdə çəkdirdiyi fotoları da Facebook-da paylaşmışdı.
Fəqət, bu "fəth"in fırıldaq olduğu aşkarlanıb.
Milli.Az The Hindustan Times-a istinadən bildirir ki, Dineş və Tarakeşvari Rattodların Everesti fəth etmədikləri, onların Adobe Photoshop proqramı vasitəsilə manipulyasiya edərək dəyişiblər.
Hindistanın qərbindəki Puna şəhərinin polis idarəsində çalışan ərlə arvadın fırıldağından alpinist Satyarup Siddhanta şikayətlənib.
"Everestin zirvəsində çəkdirdiyim fotonu montaj ediblər və guya Dineş Ratod dağı "fəth edib". Belə biabırçılıq, utanmazlıq olarmı?! Onları məhkəməyə vermişəm", - Satyarup Siddhanta deyib.
Ratodlar isə iddiaları rədd edir, zirvəni fəth etdiklərini deyirlər.
"Biz dağa tək qalxmamışıq ki?! Bizimlə birlikdə alpinistlər, nepallı yükdaşıyanlar vardı. Bizə qarşı səslənən ittihamlar gülüncdür", - Dineş Ratod deyib.
Olayı Nepalın Turizm Nazirliyi də araşdırmağa başlayıb.
Milli.Az




