Milli.Az narlı-badamlı quzu qovurmasının hazırlanma qaydasını təqdim edir

Narlı-badamlı quzu qovurması

Mətbəx sirləri: Çin börəyi

Tərkibi:

500 q quzu əti
duz
istiot
1 soğan
0,5 st. zeytun yağı
1 x.q. tomat pastası
1 st. nar dənəsi
1 x.q. un
0,5 st. isti su
1 st. qabığı soyulmuş badam
cəfəri

Quzu ətini quşbaşı doğrayın. Duz, istiot vurun.
Soğanı xırdalayıb zeytun yağında qovurun. Tomat pastası, ət və narı əlavə edib un səpin. Ətin rəngi dəyişənədək qovurun. Qaynar suyu əlavə edib ət yumşalanadək vam odda bişirin. Ocaqdan götürməyə yaxın badamı və iri doğranmış cəfərini əlavə edin.
Düyü və ya başqa qarnirlə süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Resept: "Ləzzət" dərgisi

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az