İsrail baş naziri Benyamin Netanyahu qardaşının qətlə yetirildiyi Entebbe hava limanında olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, nazir Afrika ölkələrinə səfəri zamanı 40 il öncə girovların azad edilməsi əməliyyatı zamanı həlak olan qardaşının öldürüldüyü aeroporta da gedib.
Uqandada prezidentlə görüşən baş nazir qardaşının ölümünü dünya üçün atılmış addım kimi qiymətləndirib:
"Bu, təkcə İsrail deyil, bütün insanlıq uğrunda atılan addım idi. Terrorizmlə mübarizədə Entebbe əməliyyatının çox böyük rolu olub".
Milli.Az