Bakı, 27 fevral, AZƏRTAC
SOCAR-ın “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsində mülki müdafiə qüvvələrinin mövcud planına uyğun olaraq xəbərdarlıq-toplanış məşqi keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, məşq “Həyəcan” siqnalının verilməsi ilə başlanıb. Daha sonra mülki müdafiə qüvvələrinin şəxsi heyətinə və onların tabel əmlaklarına baxış keçirilərək, funksional vəzifələri ilə əlaqədar sorğu aparılıb.
Mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilkin tibbi yardımın göstərilməsi, yanğının söndürülməsi, qəza xilasetmə və qəza bərpa işlərinin həyata keçirilməsini praktik nümayiş etdiriblər.
Mülki müdafiə qüvvələrinin hazırlığı müsbət qiymətləndirilib, müvafiq tövsiyələr verilib.