Pop ulduzu Hadisənin Bodrumda sahibi olduğu çimərlikdə dava düşüb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni Gülşən və həyat yoldaşı Ozan Çolakoğlunun səhnə çıxışı zamanı tamaşaçılar arasında iki qrup arasında münaqişə yaranıb. Davaya səbəb isə Ozanın mühafizəçiləri olub. Tamaşaçılardan biri Çolakoğluya mahnı sifariş edib, lakin musiqiçi bunu rədd edincə qarşı tərəf əsəbləşib. Mühafizəçi isə sərt reaksiya göstərərək müştərinin başına butulka çırpıb.
600-ə yaxın tamaşaçı birdən səhnəyə hücum edincə Çolakoğlu hamilə olan həyat yoldaşı Gülşəni ortalıqdan güclə qaçırıb. Hər kəs panika halında dağılışarkən ikili avtomobilləri ilə məkandan uzaqlaşıb. Gülşən şərh verərək: "Belə şeylər olur", - deyib.
Milli.Az
