Ötən həftə Türkiyədə lüks yaxtada modellərlə görüntülənən ərəb şahzadə Navaf Əl Saudun iki gün əvvəl Bodrumu tərk etdiyi məlum olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar Bodrumda olduqları vaxt ərzində 1 milyon avrodan artıq pul xərcləyib, 200 min avro bəxşiş veriblər.
Qeyd edək ki, Bodrumdakı ingilis bayrağı asılan lüks "Solandge" yaxtasında Səudiyyə Ərəbistanı şahzadəsi Navaf Əl Saud, iki oğlu, yaxınları və modellər olub. Yaxtada modellərlə rəqs edən qonaqlar 18 kiloluq Laos balığından ibarət menyu sifariş ediblər. Ərəblər 4500 avro hesab ödəyib, 1000 avro bəxşiş veriblər.
Milli.Az fotoları təqdim edir:
Milli.Az































