Bakı, 27 fevral, AZƏRTAC
Nizami Kino Mərkəzində Xocalı soyqırımının 23–cü ildönümü ilə bağlı vətənpərvərlik mövzusunda çəkilmiş filmlər nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tələbələri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Ali Neft Məktəbinin tələbələri və müxtəlif məktəblərin yeniyetmələri Qarabağ müharibəsi haqqında çəkilmiş rejissor Vahid Mustafayevin “Xoca” və Elxan Cəfərovun “Dolu” filmlərinin nümayişində iştirak ediblər.
Seanslara giriş pulsuz olub.
Bu aksiya Nizami Kino Mərkəzinin, Xocalı faciəsində günahsız həlak olan soydaşlarımızın xatirəsinə ehtiramıdır.
