Xəbər verdiyimiz kimi, ötən gün ANS telekanalının yayımı dayandırılıb.

Axşam.az-ın məlumatına görə, kanalın antitürkiyə və terrorizmin təbliği ilə bağlı materiallar yaydığı üçün bu addım atıldığı bildirilib.

MTRŞ-nin bu qərarı AzTV-nin “Günün nəbzi” poqramında media mütəxəssislərinin iştirakı ilə müzakirə edilib.

Aparıcılığını Rövşən Məmmədovun etdiyi verilişdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, MTRŞ Aparatının rəhbəri Toğrul Məmmədov, millət vəkili Elman Nəsirov və jurnalist Azər Həsrət yer alıb.

Verilişin videosunu təqdim edirik: