Mingəçevir şəhərində 3 nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az EL TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə gecə saatlarında, 20 Yanvar küçəsində qeydə alınıb. "Mercedes" markalı avtomaşının sürücüsü, Mingəçevir sakini, 1987-ci il təvəllüldü Ayaz Şirəli oğlu Qasımov qəfildən idarəetməni itirib. Avtomobil əvvəlcə yolun kənarında dayanan "VAZ 21 099" markalı avtomobilə, sonra isə səkiyə qalxaraq ağaca çırpılıb.

Nəticədə sürücü ilə yanaşı "Mercedes"dəki sərnişinlər - Mingəçevir sakinləri, 1987-ci il təvəllüdlü Yaşar Şura oğlu Xudiyev və 1978-ci il təvəllüdlü Vüqar Akif oğlu Bəkirov ağır bədən xəsarətləri alıblar. Onlar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az