Rok-n-roll kralının təyyarələri hərraca qoyuldu (FOTO,VİDEO)

Rok-n-roll kralının təyyarələri hərraca qoyuldu (FOTO,VİDEO)
11:31 4 Yanvar 2015
145 Dünya
Ölkə mətbuatı
A- A+

Rok-n-roll kralı Elvis Preslinin şəxsi təyyarələri satışa çıxarıldı. ANS PRESS-in məlumatına görə, amerikalı müğənniyə məxsus iki təyyarə Kaliforniyada "Julien’s Auctions" hərracında satışa qoyulub. Təyyarələrin ilkin qiymətləri 15 və 10 milyon dollardan başlayır.

Hər iki təyyarəni Presli 1975-ci ildə - ölümündən 2 il öncə alıb. Təyyarələr rok-n-rol kralının ölümündən sonra onun Qreyslenddəki malikanəsində nümayiş olunurdu.

Müğənninin qızının şərəfinə adlandırdığı "Lisa Marie" adlı təyyarədə hovuz və yataq otağından başqa, konfrans zalı, bar, xüsusi video-sistem də var. Bütün bunlar üçün ulduz ifaçı 300 min dollar xərcləyib. Müğənninin 28 yerlik ikinci təyyarəsi isə "Hound Dog II" adlanan sərnişin təyyarəsidir.

"Lisa Marie" 15 milyon dollara satışa çıxarılacaq. 28 yerlik "Hound Dog II" sərnişin təyyarəsinin ilkin qiyməti isə 10 milyon dollardan başlayır.

Amerikalı müğənni və aktyor Elvis Aaron Presli (Elvis Aaron Presley) 8 yanvar 1935-ci ildə doğulub, 16 avqust 1977-ci ildə vəfat edib. Ölümündən otuz ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "Rok-n-rollun kralı" kimi yad edilir.








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR