Türkiyədə fövqəladə vəziyyətin tətbiqi terroristlərin təmizlənməsini tezləşdirəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun bu gün keçirdiyi mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, alınan tədbir yerli və xarici vətəndaşların azadlıqlarını sıxışdırmayacaq, səyahətlərinə mane törətməyəcək:
"Azərbaycan vətəndaşları əvvəllər Türkiyəyə necə gedirdilərsə, indi də eyni qayda ilə gedə biləcəklər".
Milli.Az