"Report" xəbər verir ki, bu barədə 24 yaşlı futbolçunun işləri ilə məşğul olan "Prof-sport company" futbol agentliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Müqavilə iki il müddətinə imzalanıb.
"Boavişta" ötən mövsümü Portuqaliya yüksək liqasının 14-cü pilləsində başa vurub.
Emin Mahmudov bundan əvvəl "Krılya Sovetov" klubu ilə müqaviləsini pozub.