Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi nəticəsində ölkə ərazisində bağlanan qurumların sayı açıqlanıb.
"Report" "Hürriyet"e istinadən xəbər verir ki, fövqəladə vəziyyət çərçivəsində qəbul edilən tədbirlərə dair qanun hökmündə fərman rəsmi qəzetdə dərc olunub.
Sənədə əsasən, 1 043 özəl məktəb, tələbə yataqxanası və pansionat, 1 229 vəqf və dərnək, 35 səhiyyə müəssisəsi, 19 həmkarlar təşkilatı, federasiya və konfederasiya və 15 vəqf orta məktəbi bağlanıb.
Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı 246 nəfər həlak olub, 2 185 nəfər yaralanıb. Dövlət çevrilişi cəhdinə görə 10 607 nəfər saxlanılıb, 4 496 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Ölkə ərazisində 3 ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib.