"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, bəzi ölkələrdə bununla bağlı tədbirlər görülmüşdü: "Ancaq Türkiyədə iyulun 15-də baş tutmayan dövlət çevrilişi cəhdindən sonra çox ciddi addımlar atıldığını görürük. Məsələn, Somali FETÖ ilə əlaqəli olan bütün məktəbləri bağlayıb və ölkəni tərk etmələri üçün bir həftə vaxt verib. Azərbaycan və İordaniya da eyni şəkildə addımlar atılıb. Nigerdə də onların fəaliyyətləri qadağan edilir. Şimali Kiprdə FETÖ terror təşkilatı siyahısına daxil edilib. Həmin ölkələrə qaçanlar da var, onları da gətirəcəyik".