"Beşiktaş"ın 2 futbolçusu - qapıçı Tolqa Zengin və yarımmüdafiəçi Necip Uysal komandanın Avstriya toplanışında mətbuat konfransı keçirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qara qartallar"ın qolkiperi ilk olaraq komandanı tərk edən futbolçular barədə danışıb.

"Sosa və Mario Qomez ötən mövsüm "Beşiktaş"a çox fayda verdi. Qalsalar yaxşı olardı. Bu qərarın terror aktlarına görə olduğunu düünmürəm. Terror hər yerdə olur. Ailələri var, narahatlıqlarını anlayışla qarşılamaq lazımdır. İsmail Köybaşının getməyini də istəməzdim. Əvəzində Gökhan gəldi. Futbolda belə şeylər olur. Təəssüf ki, Türkiyədə futbolçu komandasının dəyişəndə xain elan olunur. Bəzən insanların heç nə edə bilmir. Qərarı klub rəhbərliyi verir. Yeri doldurulmaz oyunçu yoxdur. Daha öncə heyətdə Demba Ba vardı, sonra Qomez gəldi. Ümid edirəm Marionun yoxluğu hiss olunmaz. Komandada Cenk Tosun var. Keçmişi bir kənara qoyacağıq. Qarşıda bizi Türkiyə Superkuboku, Superliqa və Çempionlar liqasının oyunları gözləyir. Bunlara köklənmək lazımdır. Fabritsio və Boyko yaxşı qapıçılardır. Komandada rəqabətin olması yaxşıdır".

Tolqa Türkiyə millisinin AVRO-2016-da çıxışına da münasibət bildirib.

"Kaş ki, Türkiyə pley-offa çıxıb daha uğurlu nəticə göstərərdi. Turnirə gedib-getməməyimiz təsnifat mərhələsinin son oyununa qədər bəlli deyildi. Əlbəttə, millini müzakirə etmək olar. Amma futbolçuları ruhdan salmamalıyıq.

Milli.Az