"SOCAR Türkiye" şirkətinin rəhbərliyində daha bir dəyişiklik olub.
Milli.Az APA-ya istinadən bildirir ki, şirkətin baş direktorunun satınalma üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.
Qeyd edək ki, bundan öncə şirkətin baş icraçı direktoru Saadettin Korkut istefa verib. Ardınca S.Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun evində və iş yerində axtarışlar aparılıb.
S.Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri Anar Məmmədov əvəzləyib. Yeri gəlmişkən, artıq A.Məmmədov kollektivə təqdim olunub.
Milli.Az