Milli.Az qarpız tortunun hazırlanma qaydasını təqdim edir

Qarpız tortu

Dunay salatı

Tərkibi:

qarpız
2 paket krem-şanti
2 st. soyuq süd

üzərinə:
kəklikotu

Qarpızın aşağısını və üstünü hamar şəkildə kəsin (kənarları yumru tort formasında). Qabığını soyun.
Şanti kremini soyuq südlə çalın. Qarpızın hər yerinə kremi çəkin. Kəsib çıxardığınız hissələrdən yuvarlaq bıçaqla qarpız "top"ları kəsin. Bunları "tortun" üzərinə düzün, kəklikotu budaqları ilə bəzəyin.
Bir neçə saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az