İyulda beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 65 929 manat təşkil edib. "Yaşıl Kart" üzrə bağlanılan müqavilələrin 968-i minik, 72-si yük, 45-i qoşqu, 15-i avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə nəqliyyat vasitələri ilə bağlı olub.
İyulda "Yaşıl Kart" sistemi çərçivəsində İSB tərəfindən Türkiyədə baş vermiş 2 sığorta hadisəsi üzrə ümumilikdə 6 323 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Cari ilin iyun ayı ilə müqayisədə "Yaşıl Kart" müqavilələrinin sayında 33% artım müşahidə olunub.
Qeyd edək ki, Azərbaycan "Yaşıl Kart" sisteminə 2016-cı ilin əvvəlindən qoşulub.