Milli.Az qovrulmuş keçi pendiri ilə salatın hazırlanma qaydasını təqdim edir

Qovrulmuş keçi pendiri ilə salat

"Baunti" ruleti

Tərkibi:

4 tortilya (yaxud xırda yuxa)
1 marul kələmi
2 qırmızı bibər
1 yerkökü
2 pomidor
1 st. doğranmış qara zeytun
1 st. qarğıdalı konservi
yarım st. bibər turşusu

qovrulmuş keçi pendiri üçün:

400 q keçi pendiri
1 ç.q. bal

sous:

1 armudu st. zeytun yağı
1 x.q. xardal
1 ç.q. bal
1 limonun şirəsi
duz
istiot

Tortilyaları (yaxud yuxaları) maffin qablarına, yaxud odadavamlı digər orta boy qablara yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.
Marul kələmini iri doğrayın. Bibəri və yerkökünü nazik saman kimi doğrayıb kələmə qatın.
Pomidorları kubik doğrayın, zeytun, qarğıdalı və bibər turşusu ilə birlikdə kələmə əlavə edib qarışdırın.
Keçi pendirini fal-fal doğrayın. Tavada qızardın. Üzərinə bal gəzdirib ocaqdan götürün.
Sous üçün lazım olan ərzağı çəngəllə çalıb salatın üzərinə gəzdirin. Qarışdırıb tortilya kasalarına paylaşdırın. Qovrulmuş keçi pendiri ilə bəzəyin.

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az