Bu gün Topaz Premyer Liqasında 2016/17 mövsümünün ilk turuna yekun vurulacaq. Fanat.Az xəbər verir ki, son oyun günündə bir matç baş tutacaq.

Avropa Liqasının "pley-off" mərhələsinə vəsiqə qazanan "Qəbələ" mövsümə "Kəpəz"lə oyunla başlayacaq. Qəbələ şəhər stadionunun ot örtüyü yeniləndiyindən matç "Dalğa Arena"da baş tutacaq.

Qeyd edək ki, turun ilk 3 oyununda "Neftçi" AZAL-ı 2:0, "İnter" "Qarabağ"ı 2:1, "Sumqayıt" "Zirə"ni 1:0 hesabı ilə yenib.
Premyer Liqa
2016/17 mövsümü
I dövrə, I tur

8 avqust
19.00 Qəbələ - Kəpəz
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Knyaz Əmiraslanov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim inspektor: Xaqani Məmmədov.
“Dalğa Arena”.

Fanat.Az