Bunu "Report"a açıqlamasında "Zirə" klubunun prezidenti postundan istefa vermiş Vüqar Astanov deyib.
V.Astanov istefasının sponsorla bağlı olmadığını bildirib: "Sponsorla bağlı heç bir problemim olmayıb, onlar dostlarımızdı. Sadəcə şəxsi işlərim çoxdur. Onlar da bunu bilirdi. İstefa ərizəmi verəndə bunu normal qarşıladılar. Fiziki olaraq çatdıra bilmirdim. Klubun prezidentlik postuna yenisinin gəlməsinə gəlincə, açığı bu barədə söhbət etməmişik. Amma həmin posta layiq olan birinin işləməsini istərdim".