Bakı. 12 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının (TŞ) tərkibini yeniləyib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, fərmanın mətnini Kremlin mətbuat xidməti yayıb.
V.Putinin imzaladığı fərmanda Rusiya Federasiyas prezidentinin Sibir Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi S.İ.Menyaylo, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibinin müavini R.Q.Nurqaliyev, Rusiya Federasiyas prezidentinin Şimal-Qərb Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi N.N.Tsukanovun TŞ-nin tərkibinə yeni üzvlər kimi qəbul edilməsi əksini tapıb.
Elə bu fərmanla R.Q.Nurqaliyev TŞ-nin daimi üzvləri sırasından xaric olunub.
Eyni zamanda, Rusiya prezidenti Kreml administrasiyasının yeni təyin olunmuş rəhbəri Andrey Vaynonu TŞ-nin tərkibinə daimi üzv statusunda daxil edib.