Hakan Şükür və atası Sermet Şükür barəsində məhkəmənin həbs qərarından sonra aparılan ilkin araşdırma zamanı şok detallar üzə çıxıb.
Milli.Az Türkiyə KİV-nə istinadən bildirir ki, onların daşınmaz əmlak bazarında xeyli var-dövlət sahibi olduqları müəyyən edilib.
Belə ki, Hakan Şükür və atasının Sakarya, Antalya, Bodrum, İstanbul Bakırköy, Beşiktaş, Büyükçəkməçidə mənzilləri, Adapazarı və Sapancada bina, Kandırada torpaq sahələri aşkar edilib.

Sermet Şükürün, Sakarya Serdivan mahalında 10 hektar ərazidə lüks villalar tikdirdiyi müəyyən edilib.
Hakan Şükürün isə Adapazarı şəhər mərkəzində Maliyyə Nazirliyi Vergi Yoxlama müfəttişləri tərəfindən araşdırma zamanı FETÖ-çülüyü təbliğ edən məktəbi müəyyən edilərək bağlanıb.
Hakan və atası Selimet Şükürün bütün var-dövlətinin ümumi dəyəri təxminən 200 milyon lirə miqdarında dəyərləndirilir.
Xatırladaq ki, Respublika Prokurorluğu Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinə dair araşdırması çərçivəsində keçmiş millət vəkili Hakan Şükür və atasının tutulması üçün qərar çıxarıb. Artıq atası istintaqçılar tərəfindən saxlanılıb.
Təhməz Təkin
Milli.Az