"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, artıq Rusiya Müdafiə Nazirliyi də bu məlumatı təsdiq edib.
Nazirlikdən verilən məlumata görə, bombardmançı təyyarələr artıq bu gün İŞİD və "Ən-Nüsrə Cəbhəsi" terror qruplaşmalarının Suriyanın Hələb, Deyr əz-Zor və İdlib vilayətlərindəki mövqelərini bombalayıb. Rusiya aviasiyasının Serakab, Əl-Bab, Hələb və Deyr əz-Zor bölgələrində silah, sursat, yanacaq-sürtkü materialı olan beş anbara, eləcə də yaraqlıların hazırlıq keçdiyi düşərgəyə hava zərbələri vurduğu qeyd olunub. Eyni zamanda, terrorçuların üç idarəetmə məntəqəsinin məhv edildiyi bildirilib.
"Al-Masdar News" portalının məlumatına görə, Rusiya və İran arasında bu yaxınlarda təyyarələrin yerləşdirilməsi ilə bağlı bağlanmış saziş Suriyadakı hədəflərə çatmaq üçün tələb olunan zamanı 60% azaltmağa imkan verəcək.