Rusiya Premyer Liqasında çıxış edən "Ural"ın prezidenti Qriqori İvanov xarici işlər naziri Sergey Lavrova müqavilə təklif edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, İvanov tanınmış siyasətçiyə tam komplekt forma da təqdim edib.
"Sizinlə müqavilə imzalamağa hazırıq. Forma dəsti təqdim edirəm. Bəlkə, nə vaxtsa bizim komandada oynamaq istədiniz", - İvanov zarafatyana deyib.
Lavrov isə bir siyasətçi kimi bu təklifə nə müsbət, nə də mənfi cavab verib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Almaniya daxili işlər naziri Frank-Valter Ştaynmayerlə görüşmək üçün Yekaterinburqa gəlib.
Milli.Az