Rejissor İlksen başarır və aktyor Mert Fırat Bodrumda istirahət edir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük tətildə aktyor dostları Didem Balçınla rastlaşıblar.
Fürsəti əldən verməyən Mert Fırat “Maldiv lojası”nın qarşısında Didem Balçınla birlikdə şəkil çəkdirib. Foto sosial mediada pozitiv qarşılanıb.
Qeyd edək ki, M.Fırat “İntikam”, “Kelebeğin rüyası” seriallarında rol alıb. D.Balçın isə “Diriliş Ertuğrul” serialında “Selcan Hatun” obrazını canlandırır.
