Britaniya kraliçası II Yelizavetanın nəvəsi, şahzadə Çarlinin yeni sevgilisi olduğu iddia edilən teleaparıcı, 33 yaşlı Çarli Uebster Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyro şəhərində ölümcül xəstəliyə yoluxub. Malyariyanın çox ağır və kəskin formasına tutulmuş teleaparıcı şəhərdəki hospitallardan birinə aparılıb.


Fanat.Az xəbər verir ki, hospitalın intensiv terapiya bölməsinə yerləşdirilmiş Ç.Uebster koma vəziyyətindədir. Onun anası, qardaşı və bacısı Rioya yollanıblar.


"Sky Sports News" telekanalının sabiq aparıcısı Britaniyanın Olimpiya yığmasının simvollarından biridir. O, Londondan Rioya 3 min millik xeyriyyə velosiped yarışında iştirak edərkən bu virusa yoluxub.


Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimində qəflətən özünü pis hiss edən Ç.Uebster 10 gün əvvəl xəstəxanaya yerləşdirilib. Həkimlərin dediklərinə görə, Çarli Uebster malyariya xəstəliyinin çox nadir ştammına yoluxub.


Şahzadənin jurnalist sevgilisi Rioda malyariyaya yoluxdu -   FOTO


Şahzadənin jurnalist sevgilisi Rioda malyariyaya yoluxdu -   FOTO


Şahzadənin jurnalist sevgilisi Rioda malyariyaya yoluxdu -   FOTO


Fanat.Az