Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tamaşa Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Vəkil qeyd edib ki, müdafiə etdiyi şəxsin himayəsində 2 azyaşlı uşaq var, ona görə cəza təyin edərkən bunu nəzərə alasınız.

Proses avqustun 25-də davam edəcək və T. Hüseynova prosesdə son söz deyəcək.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihaçısı çıxış edib. Prokuror T.Hüseynovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayının 9-da paytaxtın Sabunçu qəsəbəsində yaşayan Tamaşa Hüseynova evində münaqişə zəminində tanışı Vüsal Səmədova bıçaqla xəsarət yetirib.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Hüseynova tutulub.