Müğənni Rafet El Romanla boşanma ərəfəsində olan Ceren Kaplakarslan açıqlama verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, adının şoumen Mehmet Ali Erbille çəkilməsinə aydınlıq gətirib:
"Mehmet Ali bəy bizim köhnə ailə dostumuzdur. Aramızda sevgi ola bilməz".
Boşanması haqda rəy bildirən Ceren bu barədə çox danışmaq istəməyib:
"Boşanma müddətindəyik. Maddi və mənəvi heç bir şey istəmirəm. Rafetə xoşbəxtlik arzulayıram".