"Buzlar diyarı" və "Patrul köpəklər" tamaşalarının qəhrəmanları evinizə gələcəklər.

Milli.Az xəbər verir ki, Azərbaycan, Gürcüstan və Rusiya sənətçilərinin birgə layihəsi əsasında "Buzlar diyarı" və "Patrul köpəklər" adlı iki yeni uşaq tamaşası hazırlanır. Hər iki tamaşa Azərbaycan və rus dillərində nümayiş olunacaq. "Buzlar diyarı" tamaşasının premyerası 22 oktyabr, "Patrul köpəklər" tamaşasının premyerası isə 30 oktyabr tarixində keçiriləcək.

Ən son səhnə texnologiyalarından və müasir audiovizual vasitələrdən istifadə etməklə hazırlanan tamaşalarda istifadə olunacaq geyimlər və kuklalar Moskvada yüksək səviyyəli peşəkar geyim rəssamları tərəfindən hazırlanıb.
Balaca tamaşaçıların zövqünü oxşayacaq səhnə əsərləri tamaşaçılara unudulmaz təəssüratlar yaşadacaq. Təşkilatçılar tamaşaçıları sevindirmək üçün daha bir sürpriz ediblər. Artıq tamaşaçılar sevimli cizgi filmlərinin qəhrəmanlarını evlərində görmək şansı qazanıblar. Belə ki, @baku_afisha instagram səhifəsində keçirilən müsabiqənin nəticələrinə əsasən müəyyənləşdirilən üç qalibin evlərinə sevimli qəhrəmanları qonaq gələcəklər.

Müsabiqənin şərtləri:
@baku_afisha instagram səhifəsinə abunə olun;
2. "Buzlar diyarı", yaxud "Patrul köpəklər" tamaşalarından birinə bilet alın, biletin şəklini hər iki tərəfdən tam çəkib, səhifənizdə paylaşın və @baku_afisha, ‪#‎frozen_azerbaijan‬ həşteqi ilə qeyd edin
3. Müsabiqə bitənə qədər səhifəniz açıq olmalıdır!

Sentyabr ayının 15-də bütün şərtləti yerinə yetirən iştirakçılar arasında təsadüfi seçim keçiriləcək və 3 qalib təyin ediləcək!

Milli.Az

"Buzlar diyarı" və "Patrul köpəklər" tamaşalarının qəhrəmanları evinizə gələcəklər