Almaniyanın qadınlardan ibarət futbol yığması Olimpiya Oyunlarının qalibi olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, həlledici görüşdə Almaniya millisi İsveçi 2:1 hesabı ilə məğlub edib.

Bundan əvvəl 3-cü yer uğrunda görüşdə Kanada yığması meydan sahibi Braziliya üzərində eyni hesabla qələbə çalıb.

Milli.Az