Bu yaxınlarda 4-cü övladı doğulan məşhur estrada müğənnisi Elnarə Xəlilova ötən gün teleaparıcı Lalə Əlimuxtarovanın doğum gününə qatılıb. O, paytaxt restoranlarının birində baş tutan məclisdə kameralara tuş gəlib. Yüksək əhval-ruhiyyəsi ilə diqqət çəkən ifaçı mahnılarını səsləndirərək, qonaqları əyləndirib.
Qeyd edək ki, Elnarə Xəlilova telejurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burlaxatun adlı 1 qızı, Tuğər, Öndər və Ərtoğrul adlı 3 oğlu var.
Milli.Az primetime.az-a istinadən fotoları təqdim edir:
Milli.Az






