Fəaliyyətini Xəzər televiziyasında davam etdirəcək tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı iki layihə ilə fəaliyyətə başlayacaq.

Milli.Az publika.az-a istinadən bildirir ki, sözügedən kanalda "Səni axtarıram Xoşqədəmlə" ilə birgə "Sən tək deyilsən" proqramı da yayımlanacaq.

Aparıcının yeni mövsümdən yayımlanacaq verilişinin anonsu artıq Xəzər TV-nin efirində təqdim edilir.

Qeyd edək ki, türkiyəli müğənni Doğuşla ailə quran aparıcı əkiz oğul övladı dünyaya gətirəndən sonra bir müddətlik efirdən uzaqlaşmışdı.

Milli.Az