Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Prezident İlham Əliyev Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxsin orden və medallarla təltif olunması barədə sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, dörd nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, iki nəfər “Tərəqqi”, iyirmi bir nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.