İngiltərənin "Sanderlend" klubunun futbolçusu Adam Conson bu gün həddi-büluğa çatmamış qızla intim əlaqə şübhəsi ilə həbs edilib. Milli.Az musavat.com-a istinadən xəbər verir ki, məlumatı "The Sun" yayıb.

"The Daily Mail" isə xəbər verir ki, Adam Conson Durham şəhərinin polis şöbəsində dindirilir.

Polis əməkdaşları futbolçunun evinə bu gün səhər gəliblər. Qonşusunun sözlərinə görə, evə hüquq-mühafizə orqanlarımım bir neçə maşını yaxınlaşıb. Onlar evdə təxminən 20 dəqiqə qalıblar. İdmançının həbsinə 15 yaşlı məktəbli ilə intim əlaqənin səbəb olduğu ehtimal edilir.

Yarımmüdafiəçi 2012-ci ildən "Sanderlend"in heyətində çıxış edir. O, "Mançester Siti" və "Midlsbro"nun də şərəfini qoruyub. 27 yaşlı Adam Consion İngiltərə millisində çıxış edir. O, millinin heyətində 12 oyun keçirib və 2 qol vurub.

Milli.Az

Millinin futbolçusu məktəbli qızla intim əlaqəyə görə tutuldu - FOTO