Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq. Fanat.Az xəbər verir ki, Monakoda baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Tədbirdə Avropanın ən güclü 32 komandası iştirak edəcək. Bu komandalar hərəsində 4 klub olmaqla 8 qrupa bölünəcək. 32 iştirakçıdan 22-si birbaşa, 10-u isə pley-offdan qrupa yüksəlib. Artıq bu komandalar 4 səbətə ayrılıb.
Çempionlar Liqası
Qrup mərhələsi
I səbət
Real (İspaniya), Barselona (İspaniya), Lester (İngiltərə), Bavariya (Almaniya), Yuventus (İtaliya), Benfika (Portuqaliya), PSJ (Fransa), ÇSKA (Rusiya)
II səbət
Atletiko (İspaniya), Borussiya D (Almaniya), Arsenal (İngiltərə), Mançester Siti (İngiltərə), Sevilya (İspaniya), Portu (Portuqaliya), Napoli (İtaliya), Bayer (Almaniya)
III səbət
Bazel (İsveçrə), Tottenhem (İngiltərə), Dinamo (Ukrayna), Lion (Fransa), PSV (Hollandiya), Sportinq (Portuqaliya), Brügge (Belçika), Borussiya M (Almaniya)
IV səbət
Seltik (Şotlandiya), Monako (Fransa), Beşiktaş (Türkiyə), Legiya (Polşa), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Kopenhagen (Danimarka), Rostov (Rusiya)
Fanat.Az