“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Van bilayətində baş verib.
Məlumata görə hücum İpəkyolu rayonunda, yerli vaxtla saat 22:20-də baş verib. Hücum zamanı 2-i polis 4 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Terrorçuların zərərsizləşdirilməsi məqsədilə xüsusi əməliyyat başlayıb.