Bir şəxsin əməyi işlədiyi yerdə lazımınca qiymətləndirilmirsə və müdir onun pulunu kəsirsə, kassadan icazəsiz pul götürə bilərmi?

Milli.Az islam.az-a istinadən bildirir ki, işlədiyi yerin kassasına müdaxilə etmək və müdirdən icazəsiz kassadan pul götürmək oğurluq sayılır. Əvvəla, onu deyək ki, bəzi hallarda insanlar öz zəhmətlərini həddindən artıq yüksək dəyərləndirir və bəzən haqları olmayan pullara özlərini haqlı sayırlar. Hətta əgər bir şəxsin pulunun mənimsənildiyi dəqiq məlum olsa belə, həmin məbləği ümumi kassadan götürməyə icazə yoxdur, bu iş haram sayılır. İnsan öz hüquqlarının pozulduğuna qəti əmindirsə, bu barədə lazımi orqanlara şikayət etməlidir. Əgər şikayət fayda verməzsə, ən son halda iş yerini dəyişib, onu qane edən iş yeri axtarmalıdır.

Milli.Az