Qalmaqallı "Kismetse Olur" verilişinin aparıcısı Seda Akgül sosial şəbəkədə arıqlaması ilə bağlı açıqlama yayıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toydan əvvəl 6 ay ərzində 25 kilo arıqlayan aparıcı mədə əməliyyatı olması barədə edilən mübahisələrə son qoyub. Sosial mediada bikinili şəklini yayan aparıcı qeyd olaraq yazıb:
"Bu şəkli mübahislərə son qoymaq üçün paylaşmışam. Əslində bikinili şəklimi yaymaqla aram yoxdur. Paylaşdım ki, dərimdə heç bir əməliyyat, tikiş izinin olmadığını özünüz görəsiniz. Bildirim ki, mədə kiçiltmə əməliyyatından sonra dərinin 8 yerində izlər qalır və uzun müddət də itmir".
Milli.Az
