Binəqədinin balaca fidanları şəhid anasını doğum günü münasibətilə təbrik etdilər - FOTO

Binəqədinin balaca fidanları şəhid anasını doğum günü münasibətilə təbrik etdilər - FOTO
12:47 2 Sentyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədinin balaca fidanları şəhid anasını doğum günü münasibətilə təbrik ediblər.

Milli.Az bildirir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər söbəsindən Trend-ə verilən məlumata görə, avqustun 31-də Binəqədi rayonunda 2 aprel döyüşlərində qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanlının anasının doğum günü qeyd edilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, icra nümayəndəsi, rayon gəncləri və ASAN könüllüləri, Azərbaycan milli komandasının üzvü, "Neftçi İdman Klubu"nun cüdoçusu, Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Rüstəm Orucov və 86 saylı uşaq bağçasının balaca fidanları şəhidin evinə gedərək anasını doğum günü münasibətilə təbrik ediblər. Şəhid anasını təbrik edərək ona cansağlığı diləyib və Fəxrəddin kimi vətənə layiqli övlad bəxş etdiyi üçün təşəkkür ediblər.

Şəhid anası ona göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Sonra rayonun balaca fidanları şəhid anasını öz şeir töhfələri ilə təbrik ediblər. Sonda rayon adından şəhid anasına hədiyyə təqdim edilib.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/466162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR