"Qaraca qız" filminin Xədicəsi - Leyli Axundova - hazırkı dövrdə uşaq filmlərinin olmamasından gileylənib. O bu haqda Milli.Az-a danışıb:
"Mən hazırda heç bir uşaq filmi görmürəm. Nə çəkilir, nə də ki, xarici filmlər dublyaj olunur. Buna görə də uşaqlar məcburdurlar ki, xarici uşaq filmlərinə baxsınlar. Çox yaxşı olar ki, uşaq filmlərimiz çəkilsin. Çünki bizdə həmişə bu tip filmlər olub. Uşaq filmləri digər filmlərdən çətinliyi ilə də fərqlənir. Bunun üçün dahi rejissorlar yetişməlidir. Mən çəkildiyim filmə bu gün də baxanda ağlayıram".
Əli Rəhimoğlu
Milli.Az






